BAKI, 20 oktyabr — Sputnik. İraq ordusunun nəzarətində olan Kərkükdə polis bölməsinə silahlı hücum edilib. Sputnik Azərbaycan "Karar"-a istinadən xəbər verir ki, hadisədə bir polis ölüb, 4-ü yaralanıb.
Məlumata görə, hücumu reallaşdıranlar "könüllü" kürd döyüşçüləri olub.
Xatırladaq ki, ölkənin şimalındakı Kürdüstan Muxtar Vilayətinin sentyabrın 25-də müstəqillik referendumu keçirməsindən sonra İraqda vəziyyət gərginləşib. Son olaraq, mərkəzi hökumətə bağlı ordu birlikləri peşmərgənin nəzarətində olan bir neçə şəhərə, o cümlədən Kərkükə nəzarəti bərpa edib.