BAKI, 20 oktyabr — Sputnik. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 136-cı mövsümünü 26 oktyabr 2017-ci il tarixində, saat 19:00-da "YARAT" Müasir İncəsənət Mərkəznin səhnəsində əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən "Min möhtəşəm günəş" ikihissəli dramı ilə açacaq. Bu barədə Sputnik Azərbaycan-a C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi Teymur Bayramov məlumat verib. O bildirib ki, səhnələşdirmə, quruluşçu rejissor Elvin Mirzəyev, quruluçşu rəssam Məhsəti Eldarova, bəstəkar Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Rolları ifa edirlər: Nigar Həsənzadə, Vaqif Kərimov (Əməkdar artist), Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova, Rövşən Cəfərov və başqaları.