BAKI, 20 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin hərbçisi öz xidmət yoldaşını güllələyib. Sputnik Azərbaycan-ın məlumatına görə, Dağlıq Qarabağda Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.
Mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.