BAKI, 20 oktyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Mərkəzi Ordu komandanlığı (CENTCOM), İŞİD-dən azad olunan Raqqa şəhərində PKK-lı terrorçuların Abdullah Öcalan portreti qaldırmasına münasibət açıqlayıb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.
"Biz bu cür addımları dəstəkləmirik və qəbul etmirik" — mərkəzdən bildirilib.
Qeyd edək ki, Türkiyənin təkidlərinə baxmayaraq, ABŞ Raqqa əməliyyatını PKK terror təşkilatının Suriyadakı qolu olan PYD ilə birgə gerçəkləşdirib. İŞİD terrorçularından təmizlənən bölgəyə başqa bir terror təşkilatı olan PYD yerləşib.