Keçmiş prezidenti 3,5 milyard dollar cərimələdilər

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidİranın keçmiş prezident Mahmud Əhmədinejad, arxiv şəkli
İranın keçmiş prezident Mahmud Əhmədinejad, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət şurasının qərarına əsasən, sabiq dövlət başçısı 3,5 milyard dolları büdcəyə geri qaytarmağa məhkum edilib

BAKI, 19 oktyabr — Sputnik. İran Dövlət Nəzarət şurası, 2009-cu il əldə edilən neft gəlirlərinin intizamsız xərclənməsində təqsirli bilinən keçmiş prezident Mahmud Əhmədinejad barəsində yekun qərarını verib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, şura, gəlirlərin kor-təbii xərclənməsi səbəbilə büdcəyə dəyən 3,5 milyard dolların kompensasiya edilməsini qərarlaşdırıb.

İran parlamentinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamrza Tacgerdun İCNA dövlət xəbər agentliyinə müsahibəsində, məsələnin çox ciddi araşdırıldığını, tam dəqiqləşdikdən sonra cəmiyyətə məlumat verildiyini deyib.

Qeyd edək ki, dövlət şurasının qərarına əsasən, sabiq dövlət başçısı 3,5 milyard dolları büdcəyə geri qaytarmağa məhkum edilib.

Xəbər lenti
0