Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkədə dəhşətli xəstəliyə yoluxanların sayı bilindi

Abunə olmaq
Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkar edilib

BAKI, 19 oktyabr — Sputnik. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2017-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 390 nəfər təşkil edib. Bu barədə Sputnik Azərbaycan-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib. Bildirilib ki, Onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.

İİV-ə yoluxması təsdiq olunan 6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Onlardan 2230(74,2%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2017-ci il tarixinə ART-yə cəlb olunan İİV-li xəstələrin ümumi sayı 4024 nəfər təşkil edib. Onların da 1760 nəfəri İNİ olub. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkar edilib.

Xəbər lenti
0