BAKI, 19 oktyabr — Sputnik. Hindistanın tanınmış müğənni və rəqqasəsi Harshita Dahiya bir qrup şəxs tərəfindən, avtomobilində güllələnib. Oxu.az xarici KİV-ə istinadən xəbər verir ki, baş və boyun nahiyələrindən yeddi güllə yarası alan H.Dahiya ölüb.
© Photo : İnstagram / harshita_jatniHarshita Dahiya
Harshita Dahiya
© Photo : İnstagram / harshita_jatni
Müğənninin bacısının əri tərəfindən öldürüldüyü iddia edilir. Bu barədə H.Dahiyanın bacısı məlumat verib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün bundan öncə Türkiyədə də tanınmış müğənni avtomobildə güllələnmişdi.