BAKI, 19 oktyabr — Sputnik. Avstriyadan Türkiyəyə gəlmək üçün Vyana hava limanında təyyarə gözləyən türklər çirkin davranışla üzləşiblər. Yerli polis yanlarında gəzdirdikləri köpəkləri türk sərnişinlərin üzərinə salıb. Sputnik Azərbaycan "Akşam"-a istinadən xəbər verir ki, hadisə 13 oktyabrda baş verib. Polisin çirkin rəftarını telefona qeyd edən Həsən K. adlı şəxs daha sonra onu internetdə paylaşıb. Sosial şəbəkələrdə sürətlə yayılan videoya reaksiya sərt olub. Həsən K.-nın yazdığına görə, Avstriya polisi türk sərnişinlərə "üstünüzdə nə qədər pul var" sualını verib.
Son olaraq, Türkiyənin Avstriyadakı konsulluğu Vyana hava limanına gedərək, məsələni yerində araşdırıb. Hadisənin təfərrüatları barədə hələlik açıqlama verilməyib.