Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda əcnəbi soyadlı iki yeniyetmə qız itkin düşüb

© Sputnik / Anar MustafayevParkda gəzişən gənc qızlar, arxiv şəkli
Parkda gəzişən gənc qızlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ və Suraxanı rayonlarında iki yeniyetmə evdən çıxıb və bir daha geri qayıtmayıb

BAKI, 19 oktyabr — Sputnik. 17-18 oktyabr tarixlərində paytaxtda iki yeniyetmə itkin düşüb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qaradağ rayonunda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı onun nənəsi polisə müraciət edib. Müşfiqabad qəsəbəsinin 1940-cı il təvəllüdlü sakini Südabə Orucova bildirib ki, onunla yaşayan nəvəsi, 2002-ci il təvəllüdlü Mikalaşvili İlkanə Alik qızı oktyabrın 17-i saat 15:00 radələrindən evdən çıxıb və bir daha qayıtmayıb. Ondan heç bir xəbər yoxdur.

Digər fakt isə Suraxanı rayonunda qeydə alııb. Oktyabrın 18-də saat 19:00-da Yeni Günəşli qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Ebru Devrim Demirel evdən çıxıb və qayıtmayıb.

Hələlik polisdə o qızların taleyi barədə hər hansı məlumat yoxdur. İtkin düşən yeniyetmələrin axtarışı davam etdirilir.

Xəbər lenti
0