BAKI, 19 oktyabr — Sputnik. Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan təmsilçiliyinin yaranmasında vacib rol oynadığı bildirilən Faruk Yıldız Türkiyəyə girişi zamanı həbs edilib. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.
Faruk Yıldızın Ankara Şəhər Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi bildirilir. Qeyd edək ki, Faruk Yıldız Azərbaycanda fəaliyyət göstərən "Yıldız Elektrik" Şirkətinin sahibidir.