Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Elşən Mustafayev Sumqayıtda oğurluq edərkən yaxalandı

© Sputnik / Murad OrujovPolis
Polis - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub

BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 18-də saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs isə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 4-cü Polis Bölməsinə təhvil verilib. Bu barədə Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

Xəbər lenti
0