BAKI, 19 oktyabr — Sputnik. Ukraynanın Xarkov şəhərində bir sürücü avtomobili insanların üzərinə sürüb. Sputnik xəbər verir ki, hadisə nəticəsində 6 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb. Hadisə şəhərin "Sumskaya" küçəsində baş verib.
Polis qəzanı törədən sürücünü həbs edib. Onun qadın olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb.