BAKI, 19 oktyabr — Sputnik. Avropa Şurasına üzv ölkələr Kataloniyanın müstəqilliyini tanımayacaq". Sputnik Azərbaycan "Daily Sabah"-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tayani özəl radioya müsahibəsində deyib.
Tayani deyib ki, Kataloniya böhranı krallığın daxili işidir.
“Avropa parlamenti, problemin qarşılıqlı dialoqla həllinə tərəfdardır. Əsas olan İspaniya qanunları və konstitusiyası çərçivəsində qərar verməkdir. Yaxşı olardı ki, Kataloniya müstəqilliyini elan etməsin, çünki qitədə heç kim Kataloniyanın müstəqilliyini tanımayacaq” — sədr qeyd edib.