Polis 57 nəfər yəhudini həbs etdi, ortalıq qarışdı

© REUTERS / Mussa Qawasmaİsrail əsgərləri, arxiv şəkli
İsrail əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar zorla polis avtomobillərinə mindirilərək şöbəyə aparılıblar

BAKI, 18 oktyabr — Sputnik. İsrail polisi, məcburi əsgərliyə qarşı çıxan 57 nəfər yəhudini həbs edib. Sputnik Azərbaycan İsrail mətbuatına istinadən xəbər verir ki, həbs edilənlər radikal ortodoks yəhudiliyin "Haredi" adlanan qanadına mənsubdurlar.

Onlar hərbi xidmətin məcburi olmasını qəbul etmirlər. Haredilər tələblərinin qarşılanması üçün dünən Qüds və Bney Brak şəhərlərində hökumət əleyhinə aksiya keçiriblər.

Polis sərt müdaxilə edib. Radikal yəhudilər zorla polis avtomobillərinə mindirilərək şöbəyə aparılıblar. Hadisə ilə bağlı polis istintaq başladıb.

Qeyd edək ki, ortodoks yəhudiliyin Haredi qanadına mənsub bu insanlar, İsrail cəmiyyətində gəlir səviyyəsi ən aşağı olan təbəqə sayılır.

Xəbər lenti
0