Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 18 oktyabr — Sputnik. Şəkidə faciəvi hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Ağəli Davud oğlu Ağabalayev, oktyabrın 17-də kəskin zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib və bu gecə xəstəxanada keçinib.
Məlumatda bildirilir ki, Ağəli Ağabalayev sirkə turşusunu bilərəkdən içib. Mərhumun hansı səbəbdən intihar etdiyi bəlli deyil. Baş vermiş hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Faktla bağlı araşdırma aparılır.