Nazir istefaya getdi

Abunə olmaq
"Düşünürəm ki, artıq bu işə davam edə bilmərəm, çünki ortada ciddi mənfi nəticə var"

BAKI, 18 oktyabr — Sputnik. Portuqaliyanın daxili işlər naziri Konstansa Urbano istefa verib. Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, onun istefaya getməsinə səbəb, vaxtında söndürülə bilməyən meşə yanğınlarıdır. Son məlumatlara görə, yanğınlar səbəbilə 100-dən artıq insan dünyasını dəyişib.

"Düşünürəm ki, artıq bu işə davam edə bilmərəm, çünki ortada ciddi mənfi nəticə var" — deyən nazir istefa ərizəsində yazıb.

Xatırladaq ki, son dörd ayda Portuqaliyada baş verən yanğınlarda ölənlərin sayı 100-ü keçib. Minlərlə insan yaşadıqları evlərdən təxliyyə edilib.

Xəbər lenti
0