On minlərlə adam küçələrə axışdı

© REUTERS / Albert Geaİspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir
İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir - Sputnik Azərbaycan
Abunə olmaq
İspaniya dövləti ölkənin şimal-şərqindəki Kataloniya bölgəsində oktyabrın 1-də keçirilən referendum nəticələrini tanımır

BAKI, 18 oktyabr — Sputnik. İspaniyanın Kataloniya bölgəsində on minlərlə insan, siyasi həbslərə etiraz etmək üçün mitinq keçirir. Onlar Kataloniya muxtar vilayətində müstəqillik referendumunun təşkilində önəmli rol oynayan Jordi Sançes və Jordi Kuişartanın azadlığa buraxılmasını tələb edirlər.

Sputnik Azərbaycan "News24"-ə istinadən xəbər verir ki, Barselona şəhərinin mərkəzi meydanına toplaşan 200 min katalan Madrid hökuməti əleyhinə şüarlar səsləndirib.

Qeyd edək ki, İspaniya dövləti ölkənin şimal-şərqindəki Kataloniya bölgəsində oktyabrın 1-də keçirilən referendum nəticələrini tanımır.

Xəbər lenti
0