CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış azərbaycanlı müğənni dövlət komitəsinə qarşı

© Photo : Courtesy of Konul KerimovaKönül Kərimova
Könül Kərimova - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib

BAKI, 18 oktyabr — Sputnik. Tanınmış müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini məhkəmə verib.

"Report"un məlumatına görə, məhkəməyə müraciət edən müğənni torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb.

İddiaya1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Müğənni Könül Kərimova "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, məsələ ilə bağlı geniş açıqlama vermək istəmədiyini bildirib: "Bu işlə vəkilim məşğul olur. Bu barədə danışmağımın mənası yoxdur".

Xəbər lenti
0