BAKI, 18 oktyabr — Sputnik. İraq ordusu ölkənin şimalındakı regional rəhbərliyin nəzarətində olan və Mosul yaxınlığında yerləşən su anbarına nəzarəti ələ keçirib. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, məlumatı mərkəzi hökumət yayıb.
"Ordu ilə peşmərgə silahlı dəstələri arasında 3 saata yaxın davam edən atışma nəticəsində, su anbarı üzərində nəzarəti ələ keçirdik. Hadisə zamanı 1 əsgərimiz həlak olub, 11-i yaralanıb" — İraqın Müdafiə Nazirliyi açıqlama verib.
Məlumatda həmçinin qeyd olunub ki, İraq ordusu Ninova vilayətindəki su anbarı üzərində də nəzarəti bərpa edib.