BAKI, 18 oktyabr — Sputnik. Xəstəxanaya düşdükdən sonra vəziyyəti daha da ağırlaşan Türkiyənin müxalif CHP partiyasının keçmiş rəhbəri Dəniz Baykalın sağalması üçün prezident Rəcəb Tayyib Ərdoğan səfərbərlik edib. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, Ərdoğan, dünyaca məşhur beyin cərrahı Uğur Türeni şəxsi təyyarəsi ilə Ankaraya gətirib. Uğur Türen Baykal üzərində əməliyyat aparan həkimlərlə bir araya gələrək vəziyyəti qiymətləndirib. O, Dəniz Baykalın vəziyyətinin stabil olduğunu, beyin ölümünün baş vermədiyini deyib.
Xatırladaq ki, Dəniz Baykal 2 gün əvvəl ağır vəziyyətdə Ankaradakı İbn Sina xəstəxanasına yerləşdirilmişdi. Onun yuxarı tənəffüs yollarında infeksiya aşkarlanmış və bunun nəticəsində beynində zədə əmələ gəlmişdi.