BAKI, 18 oktyabr — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) sədri vəzifəsinə 5 nəfər namizəd var.
Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 5 namizəddən birinin FED-in sədri seçiləcəyini söyləyib.
FED İdarə Heyətinin keçmiş üzvü Kevin Uorş, Stanford Universitetinin iqtisadçısı Con Teylor, hazırda FED-də çalışan Jerom Pauel, Milli İqtisadiyyat Şurasının direktoru Geri Kon və FED-in indiki sədri Cannet Yellen namizədlər siyahısındadır.
Tramp noyabrın 3-də Asiyaya səfərə getməzdən öncə yeni sədriN adını açıqlayacağını planlaşdırır.
Qeyd edək ki, FED rəhbərinin səlahiyyət müddəti 2018-ci ilin fevralında sona çatır.