BAKI, 17 oktyabr — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə, keçmiş Odessa qubernatoru Mixail Saakaşvili və tərəfdarları mitinq keçirirlər. Sputnik Azərbaycan RİA-ya istinadən xəbər verir ki, aksiyaya 2 mindən çox insan qatılıb.
Ukrayna Ali Radasının binası ətrafına 3500 polis cəmlənib. Aksiya ilə əlaqədar paytaxtın bəzi mərkəzi küçələri bağlanılıb.