BAKI, 17 oktyabr — Sputnik. Türkiyənin Mersin şəhərində polisin xidməti avtomobilinə hücum olub.
"Report" xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
Məlumata görə, Yenişehir məhəlləsi Okan Merzeci bulvarında polis xidməti avtomobilinin keçidi zamanı partlayıcı qurğu işə salınıb. Nəticədə 12 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.