BAKI, 17 oktyabr — Sputnik. Paytaxt küçələrində yol nişanları çatışmır və ya bəzi yerlərdə düzgün yerləşdirilmir. Lakin bu gün aşkar edilmiş yol nişanı şəhər sakinlərini çaşdırıb. Paytaxtın C.Cabbarlı və Z.Əhmədbəyov küçələrində yol nişanları arasında əlil arabasında hərəkəti qadağan edən nişan vurulub.
Hüquqşünas Ərşad Hüseynov facebook səhifəsində məsələyə münasibət bildirərək yazıb ki, belə bir nişan nə qanunda, nə də müvafiq konvensiyada yoxdur: "Bu sadəcə nişanı bura yerləşdirənlərin fantaziyasıdır".
Hüquqşünas hətta bu nişanın nəyi qadağan etdiyini anlamadığını qeyd edib.