Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”

© Sputnik / Murad Orujovpolitoloq Elçin Mirzəbəyli
politoloq Elçin Mirzəbəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Elçin Mirzəbəyli deyir ki, İraq ordusunun əməliyyat keçirmək üçün hüquqi əsasları var

Elçin Mirzəbəyli: “Bu bölgə İraq üçün strateji əhəmiyyət kəsb edir”
“İraqın ərazi bütövlüyünün qorunub saxlanması baxımından bu əməliyyatların keçirilməsi vacibdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

“Düşünürəm ki, İraq ordusu geri çəkilməyəcək. Üstəlik, təkcə Kərküklə də kifayətlənməyəcək. Ölkənin şimalındakı regional rəhbərliyin idarə etdiyi torpaqlar da mərkəzi hökumətin idarəçiliyinə keçənədək əməliyyat davam edəcək. Bu bölgə İraq üçün strateji əhəmiyyət kəsb edir” — deyə o bildirib.

Qeyd edək ki, İraq hökuməti və Muxtar Kürd Vilayəti arasında ötən ay keçirilən müstəqillik referendumundan sonra vəziyyət gərginləşmişdi.

Xəbər lenti
0