CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Girovluqda olan soydaşımızın ailəsi təlaş içində: "O məktublara inanmırıq"

© Sputnik / Ramil IbrahimovBeynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktub
Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktub - Sputnik Azərbaycan
Abunə olmaq
Şahbaz Quliyevin bacısı: "Anam son dəfə onun üzünü görə bilsəydi..."

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Ermənistanın girovluqda saxladığı Şahbaz Quliyevin yaxınları, artıq 3 ildir ki, onunla Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktublar vasitəsilə əlaqə saxlayırlar. Şahbaz 3-4 cümlədən ibarət olan bu məktublarında səhhətinin yaxşı olduğunu bildirir, yaxınlarına salamlarını çatdırır və yeganə qızına yaxşı baxmalarını tapşırır. Amma onun ailə üzvləri bu məktubların təzyiq altında yazıldığını, Şahbazın yaxınlarını təşvişə salmamaq üçün yaxşı olduğunu söylədiyini düşünürlər.

Şahbaz Quliyevin Tərtərin Qaradağlı kəndində yaşayan bacısı İradə Quliyevanın Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, onun sonuncu məktubu sentyabr ayında gəlib və məktubun məzmunu əvvəlkilərdən fərqli olmayıb. Bir müddət keçəndən sonra BQXK-dən Şahbazın bacısına verilən xəbər ailə üzvlərinin şübhələrini doğruldub. Komitədən Şahbazın bacısına bildirilib ki, girovun səhhətində problemlər yaranıb və onu İrəvandakı xəstəxanalardan birinə aparıblar.

© Sputnik / Ramil IbrahimovŞahbaz Quliyevin bacısı İradə xanım Quliyeva
Şahbaz Quliyevin bacısı İradə xanım Quliyeva - Sputnik Azərbaycan
Şahbaz Quliyevin bacısı İradə xanım Quliyeva

"Axırıncı dəfə məktubu sentyabr ayının əvvəlində almışıq. Yazırdı ki, "mən yaxşıyam, nigaran olmayın, mən sizdən nigaranam". Ailəsi və anası üçün darıxdığını yazırdı. Sonradan eşitdik ki, xəstədir, xəstəxanaya yerləşdiriblər, həkim nəzarəti altındadır" – deyə İradə Quliyeva bildirir.

İradə xanım deyir ki, BQXK-dan qardaşının hansı xəstəlikdən əziyyət çəkdiyinə dair məlumat verilməyib, sadəcə olaraq analizlər götürüldüyü və səhhətinin normallaşdığı deyilib. Bacısı bildirir ki, Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı kəndindəki evində tək yaşayan anasının ürəyi xəstə olduğundan, bu günə kimi də Şahbazın girovluqda olduğu xəbərini ondan gizlədirlər.

© Photo : Ermənistan mətbuatıErmənistanın girovluqda saxladığı Şahbaz Quliyev
Ermənistanın girovluqda saxladığı Şahbaz Quliyev - Sputnik Azərbaycan
Ermənistanın girovluqda saxladığı Şahbaz Quliyev

Şahbazın əmisi oğlu Natiq Quliyev deyir ki, yaşlı qadının ürəyinin tab gətirməyəcəyini düşünərək həqiqəti ondan gizlədiblər. Yaşı 80-i haqlamış Sənəm xala bu günə kimi də oğlu Şahbazın Rusiyaya işləmək üçün getdiyini güman edir.

"Demişik ki, pulu qurtarıb, işləri yaxşı getmir, ona görə zəng də eləyə bilmir. Hələ bəzən bizə deyir ki, Şahbaza bir iş tapın, buraya qayıtsın. Evindəki televizoru şəxsən mən xarab etmişəm ki, baxıb xəbərlərdə görməsin. Bizə də gələndə Azərbaycan kanallarına çevirmirik ki, birdən qəfil xəbər gedər Şahbaz haqqında" — N. Quliyev bildirir.

© Sputnik / Ramil IbrahimovBeynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktub
Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktub - Sputnik Azərbaycan
Beynəlxalq Qırmızı Xaç Komitəsinin gətirdiyi məktub

"İndi də deyirlər, səhhəti pisləşib götürüb aparıblar İrəvana. Hələ mən eşitdiyim məlumata görə, Pakistandan həkim də gətiriliblər ona baxmağa. Biz, beynəlxalq qurumlardan girovların azad olunması üçün əməli fəaliyyət göstərmələrini istəyirik. Ən azından, yaşlı anası ölməzdən əvvəl son dəfə oğlunun üzünü görə bilsin" — o, əlavə edir.

Şahbazın əmisi oğlu, əvvəldən həmin məktublara inanmadığını deyir: "Şahbaz yazırdı ki, "yaxşıyam". Bəs yaxşı idi, nə oldu birdən? Şahbaz orada öz səhhətinin pis olduğunu necə qeyd edə bilər? Necə yaza bilər ki, mənə yaxşı baxmırlar"?

O, beynəlxalq qurumların bu günə kimi bu məsələdə heç bir müsbət nəticə əldə edə bilməməsindən narazıdır: "Kəlbəcər bizim dədə-baba torpağımızdır. Bunu "beynəlxalq" dediyimiz qurumlar da eşitsin. Burada hər hansı sərhəd pozuntusundan söhbət gedə bilməz. Öz torpağımıza sərbəst gedib gəlməliyik".

Şahbazın bacısı da yardım istəyir: "Dördüncü ildir ki, girovluqdadır. Dövlətimiz bu məsələ ilə məşğul olur. Amma yenə də istəyirəm ki, kömək etsinlər, girovlar azad olunsun".

İradə Quliyeva onu da bildirir ki, BQXK-dən onlara girovların səhhətinin daim qurumun nəzarəti altında olduğunu deyiblər.

Xəbər lenti
0