BAKI, 17 oktyabr — Sputnik. Bu gün səhər saatlarından başlayaraq, Bakı-Sumqayıt yolunda böyük tıxac hökm sürür. Sputnik Azərbaycan-ın əməkdaşı müşahidələrinə əsasən, yolun üzü Bakıya gələn hissəsində, "Ekologiya postu"nu keçən kimi başlayan tıxac, "20 Yanvar dairəsi"nədək davam edir.
Avtomobil sıxlığı, xüsusilə 08.00 — 11.00 arasında daha çox yaşanır. Tıxacdan bezən sürücülər, vəziyyətdən çıxmaq üçün bir-birilərinin yoluna girirlər ki, bu, insanlar arasında mübahisələrə də səbəb olur. Vəziyyət qarşılıqlı söyüş və təhdidlər səviyyəsinə qədər gedib çıxır. Bu gün səhər də bu cür hadisələrini şahidi olduq.
Bütün bunları "Azəravtoyol" rəhbərliyinin yaxşı-yaxşı düşünməsi lazımdır. Əks halda, insanların yaşadıqları stress və əsəb yaxşı heç nə vəd etmir.