DYP sistemində dəyişiklik edilib

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку
Автомобиль дорожно-патрульной службы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsinin strukturunda dəyişiklik edib

BAKI, 16 oktyabr — Sputnik. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi, polis polkovniki Hacımurad Abdullayev, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun uzun illərdir icra etdiyi bu vəzifədən gedişi ilə bağlı müxtəlif fikirlər səslənir.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, Hacımurad Abdullayev bu vəzifədən gedəndən sonra onun rəhbərlik etdiyi şöbə ləğv edilib. Həmin şöbənin yerində isə Qeydiyyat-İmtahan İdarəsi (Qİİ) yaradılıb.

Həmin idarənin rəisi postuna polkovnik Mübariz Şahbazov təyin edilib. Mübariz Şahbazov həm də Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir. Hazırda həm rəis müavini, həm də Qİİ rəisi kimi fəaliyyətini davam etdirən Mübariz Şahbazov, uzun illərdir daxili işlər orqanlarında çalışır, DYP sıralarında geniş təcrübəsi olan zabit kimi tanınır.

Xəbər lenti
0