CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yol polisi avtomobil sahiblərinə xəbərdarlıq edir

© Sputnik / Murad OrujovАвтомобиль дорожно-патрульной службы в Баку, фото из архива
Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
BDYPİ hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb

BAKI, 16 oktyabr — Sputnik. Hava şəraitinin dəyişməsi ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və avtomobil sahiblərinə müraciət ünvanlayıb. Sputnik Azərbaycan-a daxil olan məlumata görə, qurum, hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədi ilə sürücüləri xəbərdar edir.

Автомобили остановившиеся на светофоре - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisi mühüm səlahiyyətindən məhrum edilə bilər

Müraciətdə bildirilir ki, havaların dəyişməsi və ümumilikdə qış mövsümünə keçidlə əlaqədar, sürücülər istifadə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, xüsusilə də onların şinlərinə bir daha diqqət yetirməlidirlər: "Yağışların tez-tez yağması nəticəsində yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması nəzərə alınaraq, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verilməməlidir".

"Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır" — BDYPİ diqqətə çatdırır.

Həmçinin, sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı vaxtlarda son dərəcə ehtiyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.

Xəbər lenti
0