Elman Nəsirov: “Türkiyəli deputatlar məqsədyönlü şəkildə Azərbaycan əleyhinə səs verib”
“AŞ PA-nın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrə səs verənlər arasında Türkiyədən olan deputatları görəndə təəccübləndik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. “Sonradan aydın oldu ki, türkiyəli deputatlar məqsədyönlü şəkildə Azərbaycan əleyhinə səs verib. Biz yaxşı bilirik ki, Azərbaycana qarşı qəbul edilən qətnamələrin arxasında kimlər dayanır. Azərbaycandakı hakimiyyət xalq birliyini həmin qüvvələrin gözləri götürmür” — deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatları — Dəniz Baykal, Gülsün Bilgəxan və İlhan Kəsici də olub.