Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

SOCAR-ın baş ofisindən həyəcan siqnalı daxil olub

© Sputnik / Murad OrujovАдминистративние здание SOCAR, фото из архива
Административние здание SOCAR, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar

BAKI, 16 oktyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Qeyd edək ki, hadisə SOCAR-ın Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında baş verib. 26 yaşlı Orxan Əhmədov oğlu liftdə təmir işləri aparırmış. Bu zaman o, liftin şaxtasına yıxılıb və yerindəcə keçinib.

Xəbər lenti
0