Rusiyadan maraqlı "Kərkük" reaksiyası

Abunə olmaq
Rusiya Kərkük əməliyyatı ilə bağlı bəyanat yaydı

BAKI, 16 oktyabr — Sputnik. İraq ordusunun Kərkük vilayətinə başlatdığı hərbi əməliyyata Kremldən açıqlama gəlib. Sputnik Azərbaycan "Akşam"-a istinadən xəbər verir ki, açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.

Peskov, mərkəzi hökumətlə regional kürd rəhbərliyi arasındakı problemin sülh yolu ilə həll edilməsini istədiklərini bildirib.

"Ümid edirik ki, problem İraqın ərazi bötüvlüyü çərçivəsində sülh yolu ilə həll olunsun. Moskva Bağdad və Ərbil arasında yaxşı əlaqələrin qurulmasını dəstəkləyir. İraqla ciddi ticari əməkdaşlığımız var. Bunun pozulmasını istəmirik. Həmçinin kürdlərlə də uzun tarixi dostluq münasibətlərimiz var. Ona görə, istəyirik ki, kürdlərin də haqq və maraqlarına hörmətlə yanaşılsın" — Dmitri Peskov qeyd edib.

Qeyd edək ki, İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin 25 sentyabrda müstəqillik referendumu keçirməsindən sonra regionda vəziyyət gərginləşib. İsrail xaric, heç bir dövlət referendumu tanımır.

Xəbər lenti
0