BAKI, 16 oktyabr — Sputnik. Türkiyədə 15 iyul 2016-cı il çevrilişə cəhd gecəsi yaşananlarla bağlı daha bir maraqlı görüntü yayılıb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və onun müavini, Quru Qoşunları komandanı Yaşar Gülərin tutularaq "Akıncı" bazasına gətirilmə videosu gündəmə bomba kimi düşüb. Sputnik Azərbaycan "NTV"-yə istinadən həmin görüntünü təqdim edir: