BAKI, 16 oktyabr — Sputnik. İraq ordusu Kərkükdə strateji bölgələri ələ keçirməyə başlayıb. Artıq Kərkük hava limanı da peşmərgədən geri alınıb.
Sputnik xəbər verir ki, xalq şəhərə daxil olan İraq əsgərlərini böyük sevinclə qarşılayıb. İraq ordusuna qarşı vuruşan təkcə Kürdüstan Muxtar Vilayətinin əsgərləri yox, həm də PKK terrorçularıdır.
Amerika Birləşmiş Ştatları hərbi qarşıdurmadan ciddi narahat olduqlarını açıqlayıb. Digər bir açıqlama Türkiyənin Xarici İşlər Nazirliyindən gəlib.
"Şimali İraq regional rəhbərliyinin konstitusiyanı pozaraq, qanunsuz referendum keçirməsindən sonra, İraq ordusunun ölkənin ərazi bütövlüyünü qorumaq üçün başlatdığı əməliyyatı dəstəkləyirik" — Türkiyə XİN bəyan edib.