Qabil Hüseynli: “Türkiyə-ABŞ münasibətlər qabaqda daha da gərginləşəcək”
“Artıq bir neçə vaxtdır ki, ABŞ ilə Türkiyə arasında “soyuq küləklər”in əsir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
“Viza böhranı münasibətlərin daha geniş sferasına keçə bilər. Amerika NATO-nun aparıcı dövləti kimi, NATO-da hökm verən bir ölkə kimi NATO-Türkiyə münasibətlərinə də xeyli mənfi təsir göstərə bilər. Nəzərə alaq ki, Türkiyə Yaxın Şərqdə Rusiya və İran ilə birlikdə hərəkət edir. Deməli, bu münasibətlər qabaqda daha da gərginləşəcək” — deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında qeyri-miqrant viza xidmətlərinin dayandırıldığını açıqlayıb.