CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əmək yarmarkası: 634 vakansiya, 19 təcrübə proqramı

© Photo : UNEC-in mətbuat xidmətiƏmək yarmarkası
Əmək yarmarkası - Sputnik Azərbaycan
Abunə olmaq
Yarmarkada 13 beynəlxalq şirkət və 4 yerli holdinq təmsil olunub

BAKI, 16 oktyabr — Sputnik. Oktyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-də "Məzun 2017" Əmək Yarmarkası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, yarmarkada təmsil olunan 50-yə yaxın iştirakçıdan, ümumilikdə 634 vakansiya təklif edilib.

Daha çox maliyyə və mühasibat, marketinq, sığorta, İT və sistem mühəndisliyi vakansiyaları üstünlük təşkil edib. Əmək yarmarkasında 13 beynəlxalq şirkət və 4 yerli holdinq təmsil olunub.

© Photo : UNEC-in mətbuat xidmətiƏmək yarmarkası
Əmək yarmarkası - Sputnik Azərbaycan
Əmək yarmarkası

Yarmarkada cəlbedici təkliflər təcrübə proqramları ilə bağlı olub. Praktiki biliklərlə yanaşı, potensial iş imkanlarının yaradılması da nəzərdə tutulmaqla, tələbələrə dərsdən sonra çalışmağa şərait yaradan "part-time" iş imkanları da təklif edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və UNEC rektoru, professor Ədalət Muradov məzun yarmarkasını izləyiblər.

© Photo : UNEC-in mətbuat xidmətiƏmək yarmarkası
Əmək yarmarkası - Sputnik Azərbaycan
Əmək yarmarkası

Əmək yarmarkasında dövlət və özəl sektor nümayəndələri yeni təkliflər də irəli sürüblər. Belə ki, İqtisadiyyat Nazirliyi UNEC tələbələri üçün geniş praktiki biliklər qazandıracaq könüllülük proqramının təşkil olunmasını təklif edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi isə isə birgə könüllülük proqramının hazırlanması, tələbələr arasında könüllülük fəaliyyətinin təbliğinin genişləşdirilməsinin razılığı alınıb.

Məzun yarmarkasında müşahidəçi kimi qatılan "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev gələcəkdə fiziki məhdudiyyətli işaxtaranlar üçün UNEC-də xüsusi yarmarkanın təşkil olunmasını təklif edib. UNEC rektoru təklifi yüksək qiymətləndirərək, yaxın zamanda reallaşdırılması üçün tapşırıq verib.

Tələbələr arasında müsahibəyə hazırlıq, xüsusilə özünü təqdim etmə və karyera planlaması istiqamətində işlərin aparılması, müvafiq təlimlərin keçirilməsinə ehtiyac olduğu qeyd edilib. UNEC Karyera Mərkəzi və şirkət nümayəndələri ilə birlikdə bütün tələbələr üçün təlimlərin keçirilməsi razılaşdırılıb.

Xəbər lenti
0