BAKI, 16 oktyabr — Sputnik. Türkiyənin Respublikaçı Xalq Partiyasının (CHP) keçmiş rəhbəri, hazırda partiyanın Antalyadan olan millət vəkili Dəniz Baykal komaya düşüb. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.
Məlumata görə, onun vəziyyəti ağırdır. Dəniz Baykalın üst tənəffüs yollarında infeksiya və damarlarında kirəcləşmə olduğu bildirilir. Xəstəxanadan hər hansı əlavə açıqlama verilməyib.