CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cocuq Mərcanlının 150-yə sakininin sürücülük vəsiqəsi dəyişdirilib

© Photo : Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətiCocuq mərcanlıda 150-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib
Cocuq mərcanlıda 150-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Səyyar xidmət" qrupu Cocuq Mərcanlıda olub

BAKI, 16 oktyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin "səyyar xidmət" qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi ilə bağlı növbəti tədbiri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirib.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Cocuq Mərcanlı kənd tam orta məktəbində təşkil olunan səyyar xidmət zamanı Cəbrayıl və Füzulidən olan 150-yə yaxın mexanizatorun vaxtı keçmiş sürücülük vəsiqələri dəyişdirilib. Altı nəfərdən, o cümlədən Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevdən nəzəri imtahan qəbul edilərək, sürücülük vəsiqəsi verilib.

© Photo : Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətiCocuq mərcanlıda 150-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib
Cocuq mərcanlıda 150-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib - Sputnik Azərbaycan
Cocuq mərcanlıda 150-yə yaxın mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin baş məsləhətçi müfəttişi Azər Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, Müfəttişlik tərəfindən respublikanın 15 regionunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb: "Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində yaradılmış "Səyyar xidmət" qrupu ilə bərabər bu məntəqələrdə və respublikanın digər rayonlarında sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması və dövlət texniki baxışı keçirilməsi proseslərini həyata keçirir. "Səyyar xidmət" qrupu vasitəsilə bu günə qədər respublika üzrə 5 mindən artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 200-dən çox nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 100-dən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib".

Xəbər lenti
0