QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sabah böyük gözlənti baş tutacaq?

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidAzərbaycanın Xankəndi şəhəri
Azərbaycanın Xankəndi şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir

BAKI, 14 oktyabr — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü, Bern şəhəri, 19 dekabr 2015-ci il - Sputnik Azərbaycan
QARABAĞ
Prezidentlərin görüşünün vaxtı dəqiqləşdi

Qeyd edək ki, hazırda Qarabağ danışıqları "yenilənmiş Madrid prinsipləri" əsasında aparılır. ATƏT-in Minsk qrupu həmsədrlərinin 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların, mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılması şərti ilə bölgənin yekun statusunun müəyyənləşməsini nəzərdə tutur.

Araşdırmaçılar belə hesab edirlər ki, danışıqların effekt verməsi üçün, Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa başlamalıdır. Bir halda ki, işğalçı qoşunlar Azərbaycan torpaqlarındadır, özünə hörmət edən ölkə belə vəziyyətdə sülh haqqında danışıqlara nə önəm verə, nə də sülh sənədinə imza ata bilər.

Cenevrədə danışıqların "Lavrov planı" adlandırılan model üzrə aparılacağı da istisna edilmir. Prezidentlərin görüşündə Qarabağ ətrafındakı beş rayonun qaytarılması məsələsi müzakirə oluna bilər. Ermənistan mətbuatı bunu "milli xəyanət" adlandırıb.

Bütün bu arqumentlərdən çıxış edərək o nəticəyə gəlmək olar ki, Cenevrə görüşü də digər formatlardan fərqli olmayacaq. İstisna deyil ki, "Kazan formulu" üzərində müəyyən işlər gedə bilər. Sözügedən sənəd münaqişənin mərhələli həllini nəzərdə tutur. Əvvəlcə tərəflər baza prinsiplərini razılaşdırırlar, sonra onun əsasında yekun sülh müqaviləsi hazırlanır. Sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlardan qoşunlarını çıxarmağa başlayır.

Военная техника на территории Физулинского района, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Qarabağ münaqişəsinin həllində köklü dəyişiklik olacaq

Bura Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarının, Laçının isə 13 kəndinin boşaldılması daxildir. Həmin ərazilərdə təhlükəsizliyi beynəlxalq sülhməramlı qüvvələr təmin edə bilər. Laçın rayonu ərazisində isə, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz yaradılacağı nəzərdə tutulur.

Dağlıq Qarabağın yekun hüquqi statusu referendumda müəyyən olunacaq, referendumun azərbaycanlı qaçqınların bölgəyə qayıtmasından sonra keçirilməsi nəzərdə tutulur. Sənədə görə, Bakı və İrəvan güc tətbiqindən imtina edəcək və bunu sənəddə öz imzaları ilə rəsmiləşdirəcək.

Vurğulayaq ki, 2008-ci ildə Gürcüstanla münaqişədən sonra, Rusiya postsovet məkanındakı dondurulmuş münaqişələrin həllində fəallaşıb. Kreml əvvəlcə Dnestryanı münaqişəsinin Moldovanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həllinə cəhd edib, lakin bu, alınmayanda Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırıb.

Bəziləri belə hesab edirlər ki, Azərbaycan Moskvanı qane edən məsələləri onun ixtiyarına versəydi, o zaman Qarabağ məsələsi çoxdan həll olunardı. Digərləri Vaşinqtonu xilaskar hesab edirlər. Amma həmin məsələlərin tam həlli o deməkdir ki, Azərbaycan xarici siyasətdə seçim etməkdən imtina edir. Bununla paralel kommunikasiyalara, enerji dəhlizlərinə nəzarətin başqa ölkənin maraq dairəsinə keçməsi baş verə bilər.

Məsələ ondadır ki, xarici siyasətdə manevr etmək imkanından məhrum olmaq Bakının maraqlarına ziddir. Bu baxımdan, Dağlıq Qarabağla bağlı bu dəfəki görüşdən ciddi nəticə gözləmək çətindir.

Ayrıca, hazırda regionda və dünyada qeyri-müəyyən şərait hökm sürür. İndiki qeyri-müəyyən şəraitdə supergüclər əllərində olan imkanları itirmək istəmir. Dağlıq Qarabağ münaqişəsi regionda marağı olan güclər üçün təsir vasitəsidir. Bu mənada vəziyyəti dondurmaq mümkün olmasa da, söhbət gərginliyin və qarşıdurmanın səviyyəsini azaltmaqdan gedə bilər.

Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir. Lakin ATƏT-in Minsk Qrupuna danışıqlar üçün BMT Təhlükəsizlik Şurası "yaşıl işıq" yandırıb. Əslində, BMT Təhlükəsizlik Şurası da danışıqlara nəzarət, məlum qətnamələrin yerinə yetirilmədəyinə görə İrəvandan hesabat tələb etməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində ərazilərin qaytarılması birmənalı olsa da, hazırkı müzakirələrdə bunlar yoxdur. Bu baxımdan, işğalçı və işğala məruz qalan ölkəni eyniləşdirmək yanlışdır…

Xəbər lenti
0