Hazırkı dövlət başçısı İlham Əliyev ilk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci ildə keçirilən prezident seçkilərində İlham Əliyev səslərin 88,73%-ni, 2013-cü ildə keçirilmiş prezident seçkilərində isə 84,54%-ni toplayaraq dövlət başçısı olub.
Bu nəticələr dünya üzrə, eləcə də MDB məkanında ən yüksək göstəricilərdən sayılır.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada MDB üzrə prezident seçkilərində ən yüksək nəticələrə malik olan dövlət başçılarının siyahısı ilə tanış ola bilərsiniz.