BAKI, 15 oktyabr — Sputnik. Mingəçevirdə 3.3 bal gücündə zəlzələ baş verib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, zəlzələ yerli vaxtla 15:38-də baş verib. Zəlzələ ocağının dərinliyi 27 km olub. Zəlzələ hiss olunmayıb.