Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Hər bir qadının bilməli olduğu faktlar

Abunə olmaq
Bunu hər bir qadın bilməli və süd vəzilərinin vəziyyətinə daim nəzarət etməlidir

BAKI, 15 oktyabr — Sputnik. Bütün dünyada qadınlar arasında ən yayılmış xərçəng növü süd vəzi xərçəngi sayılır. Hal-hazırda, ilkin mərhələlərdə aşkar olunmuş süd vəzi xərçəngi çox uğurla və tam müalicə olunur.

Süd vəzi xərçəngindən heç bir qadın sığortalanmayıb. Bunu hər bir qadın bilməli və süd vəzilərinin vəziyyətinə daim nəzarət etməlidir. Süd vəzilərində istənilən dəyişiklikliyin əmələ gəlməsi mamoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.

Sputnik Azərbaycan Saglamolun-a istinadən həmin dəyişiklikləri təqdim edir:

 

  • Süd vəzilərinin formasının, ölçülərinin və ümumi görünüşünün dəyişilməsi (böyüməsi, kiçilməsi, asimmetriyası və s.);
  • Süd vəzi və gilənin üzərində qızartı və səpgilər;
  • Gilədən ifrazatların əmələ gəlməsi;
  • Qoltuqaltı nahiyəsində şişkinlik;
  • Gilənin formasının və ya ölçüsünün dəyişilməsi;
  • Süd vəzidə və ya qoltuqaltı nahiyəsində tez-tez təkrarlanan ağrılar;
  • Süd vəzinin üzərində bərkimiş sahələrin əmələ gəlməsi;
  • Süd vəzi dərisinin vəziyyətinin dəyişilməsi (qırışması, üzərində "portağal qabığı"na oxşayan sahələrin əmələ gəlməsi).

 

Nəzərə almaq lazımdır ki, xəstəliyin əvvəlində qadın heç bir ağrı hiss etməyə bilər. Bu səbəbdən süd vəzinin üzərində istənilən dəyişiklik ciddi simptom kimi qiymətləndirilməlidir.

Süd vəzi xərçənginin inkişafında irsi faktor böyük rol oynayır. Bundan əlavə artıq çəki, azhərəkətli həyat tərzi, spirtli içkilərin qəbulu, süd vəzi travmaları, bəzi xoşxassəli süd vəzi xəstəlikləri, yaş (40 yaşdan yuxarı qadınlar) süd vəzi xərçənginin risk faktorları sayılır.

O da nəzərə alınmalıdır ki, nadir hallarda olsa da, süd vəzi xərçəngi kişilərdə də inkişaf edə bilər. Bu səbəbdən özündə yuxarıda sadaladığımız simptomları müşahidə edən kişi mütləq həkimə müraciət etməlidir.

Xəbər lenti
0