BAKI, 15 oktyabr — Sputnik. Türkiyədə 15 iyul çevriliş cəhdindən öncə ABŞ-a gedən, keçmiş futbolçu-deputat Hakan Şükür Kaliforniyada "TUTS" adlı kafe açıb.
© Photo : Milliyet.com.trHakan Şükür, sahibi olduğu Tuts Bakery & Cafe-nin müştərisi ilə
Hakan Şükür, sahibi olduğu Tuts Bakery & Cafe-nin müştərisi ilə
© Photo : Milliyet.com.tr
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, terror təşkilatına üzv olmaq ittihamı ilə axtarışa verilən futbolçu, 2015-ci ildə İstanbuldakı evini satıb, bank hesablarını boşaldaraq Türkiyəni tərk etmişdi. O, sonrakı açıqlamalarında, bir daha Türkiyəyə qayıtmayacağını bəyan etmişdi.
Xatırladaq ki, FETÖ-yə maliyyə dəstəyi verdiyi iddiası ilə, Hakan Şükürün atası Sermt Şükür də bir müddət öncə həbs edilmiş, sonradan şərti azadlığa buraxılmışdı.