BAKI, 15 oktyabr — Sputnik. Oktyabrın 14-ü axşam saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığında naməlum şəxs Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb.
Ölkə KİV-lərində yayılan məlumatı hüquq-mühafizə orqanları Sputnik Azərbaycan-a təsdiqləyib.
Məlumata görə, hadisə Müşfiq Mədətov sözügedən ərazidəki çayxanalardan birindən çıxarkən baş verib.
Mədətov faktla bağlı ərizə ilə Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.