Suriya Türkiyədən qoşunlarını İdlibdən çıxarmağı tələb edib

© REUTERS / Osman OrsalTürk tankları Türkiyə-Suriya sərhəddində, Reyhanlı yaxınlığında, Hatay vilayəti, 9 oktyabr 2017-ci il
Türk tankları Türkiyə-Suriya sərhəddində, Reyhanlı yaxınlığında, Hatay vilayəti, 9 oktyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Dəməşq Türkiyədən öz qoşunlarını Suriyanın İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.

BAKI, 14 oktyabr — Sputnik. Rəsmi Dəməşq Türkiyədən öz qoşunlarını Suriyanın İdlib əyalətindən dərhal çıxarmağı tələb edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə SANA agentliyinə ölkə XİN-dəki mənbə bildirib.

"Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır", — deyə mənbə bildirib.

XİN nümayəndəsinin sözlərinə görə, Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur.

"Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir" — deyə diplomat əlavə edib.

Daha əvvəl Türkiyə Baş Qərargahı bildirmişdi ki, türk ordusu İdlibdə müşahidə məntəqələrini Suriyadakı gərginliyin azaldığı zonalarla bağlı Astanada əldə edilən razılaşmaya əsasən qurub.

Xəbər lenti
0