Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ölkənin qərb girişində yoxlama

© Sputnik / Hikmet Orhun"Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində vəziyyət
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobilin salonunda gizlədilən 15 ədəd mobil telefon aşkarlanıb

BAKI, 14 oktyabr — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Lada Priora" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

© Photo : DGK Mətbuat Xidməti"Lada Priora" markalı minik avtomobilində gizlədilmiş mobil telefonlar
Lada Priora markalı minik avtomobilində gizlədilmiş mobil telefonlar - Sputnik Azərbaycan
"Lada Priora" markalı minik avtomobilində gizlədilmiş mobil telefonlar

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 6 ədəd "Samsung Galaxy J3 Pro 2017", 6 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd " Samsung Galaxy J5 Pro 2017", 1 ədəd " Samsung Galaxy J5 2017" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0