BAKI, 14 oktyabr — Sputnik. Sabah Qırğızıstanda prezident seçkiləri keçiriləcək. Əminlik var ki, ölkənin yeni prezidenti birinci turda seçiləcək.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Qırğızstan prezidenti Almazbek Atambayevin sözlərinə görə, bazar günü keçiriləcək prezident seçkilərinin ilk turundan sonra ölkə yeni rəhbərin kim olduğunu biləcək.
Xatırladaq ki, Atambayevin səlahiyyət müddəti dekabrın 1-də başa çatır və konstutsiyaya görə, o, yenidən prezientliyə namizədliyini irəli sürə bilməz. Hazırda prezidentlik uğrunda 11 namizəd mübarizə aparır.