BAKI, 14 oktyabr — Sputnik. İlin əvvəlindən bu günə qədər Psixi Sağlamlıq Mərkəzinə 2900 nəfər müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-a Mərkəzin direktoru, professor Fuad İsmayılov məlumat verib.
O bildirib ki, həmin şəxslərdən 474 nəfəri müalicə-konsultativ şöbəsinə müraciət edən ilkin xəstələrdir. Xəstələrdən 468 nəfər təcili yardım şöbəsinə, 159 nəfər gündüz stasionarına, 1169 nəfər reabilitasiya şöbəsinə müraciət edib. Reabilitasiya şöbəsində müalicə olunanların, təxminən 1000 nəfərə qədəri uşaqlardan ibarətdir.