BAKI, 14 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşaya rəsmi səfərə gedəcək. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Polşa prezidenti Andjey Dudanın dəvəti ilə həyata keçirilən səfər oktayabrın 17-də baş tutacaq.
Ərdoğanın Duda ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcəyi və müxətlif müqavilələrin imzalanacağı gözlənilir.