BAKI, 14 oktyabr — Sputnik. Müğənni Maral Tahirqızı azadlığa çıxıb. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən müğənni azadlığa buraxılıb.
O, cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb. Həbsdən çıxan müğənni, sosial şəbəkədə status paylaşıb və hər kəsi salamlayıb.
"Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm. Bundan sonra daha güclü oxuyacam, səsimin üstünə səs gəlib" — o yazıb.